Xose Bernardonu və qardaşını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB-2

Xose Bernardonu və qardaşını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB-2
# 11 noyabr 2019 11:39 (UTC +04:00)

Teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlayan şəxs tutulub.

APA-nın məlumatına görə, paytaxtın Pirallahı rayonu, Əzizbəyov küçəsində 1982-ci il təvəllüdlü R.Hüseynova döş qəfəsindən, qardaşı Xose Bernardoya qolundan bıçaq xəsarəti yetirən şəxsin 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov olması müəyyən edilib.

Pirallahi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

***

saat 02:51

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

APA-nın məlumatına görə, onun onun vəziyyəti qənaətbəxş olub.

Qeyd edək ki, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

***

01:14

Bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Xose Bernardonun vəziyyəti orta ağırdır.

APA-nın məlumatına görə, bu barədə xəstəxananın həkimləri bildirib.

Bildirilib ki, xəstəxanaya sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo cərrahi əməliyyt olunub.

İnsident isə Pirallahıda yerləşən restoranların birində qeydə alınıb.

***

Saat 00:32

Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR