Bakıda gənc oğlan parkda bıçaqlanıb, vəziyyəti ağırdı

Bakıda gənc oğlan parkda bıçaqlanıb, vəziyyəti ağırdı
# 18 iyul 2019 22:42 (UTC +04:00)

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü İsrafilzadə İbrahim Məhbub oğlu tanımadığı şəxs tərəfindən parka çağırılıb. Ona bir neçə bıçaq zərbəsi vurulub. O, 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Həkimlər tərəfindən İ.İsrafilzadənin vəziyyəti ağır qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR