Bakıda gənc oğlan qətlə yetirilib - YENİLƏNİB

Bakıda gənc oğlan qətlə yetirilib  - YENİLƏNİB
# 10 iyun 2022 02:00 (UTC +04:00)

Sabunçu rayonunda qətlə yetirilən gəncin şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, bu, 2004-cü il təvəllüdlü Sübhan Səfərovdur.

***

01.51

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, Zabrat-Məhəmmədi şossesinda dava zamanı 2004-cü il təvəllüdlü oğlan (ad, soyad müəyyənləşdirilir) naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. O, hadisə yerində ölüb.

Hazırda hadisənin baş verdiyi əraziyə rayon polis və prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə yerində ekspertiza işləri aparılır.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR