Bakıda gənc oğlana 7 bıçaq zərbəsi vurulub

Bakıda gənc oğlana 7 bıçaq zərbəsi vurulub
# 21 iyun 2022 02:16 (UTC +04:00)

Bakının Xəzər rayonunda 23 yaşlı oğlan bıçaqlanaraq ağır vəziyyətə düşüb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Babayev Rəhman Tahir oğlu tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, boyun və kürək nahiyyəsindən ümumilikdə 7 bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR