Bakıda gənc oğlanı sərnişin avtobusu vurub

Bakıda gənc oğlanı sərnişin avtobusu vurub
# 11 iyul 2019 22:47 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, R.Allahverdiyev küçəsində yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Əhmədli Cəlil Bəkir oğlu piyada keçidi olmayan yerdə yolun qarşı tərəfinə keçərkən onu 176 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR