Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb

Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb
# 19 iyul 2019 00:53 (UTC +04:00)

Xəzər rayonunda avtomobil piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb.

APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Zaqulba şossesində baş verib.

Minik avtomobili 23 yaşlı Şükürova Dürdanə Müslüm qızını vuraraq ərazidən yayınıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR