Bakıda gözəllik salonunda oğurluq edilib

Bakıda gözəllik salonunda oğurluq edilib
# 07 iyun 2023 10:25 (UTC +04:00)

Bakıda gözəllik salonunda oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 4-də axşam saatlarında Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantasından içərisində ümumilikdə 720 manat pul, bank kartları və sənəd olan cüzdanlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunub.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR