Bakıda gözəllik salonundan və aptekdən oğurluq edən şəxs saxlanılıb

Bakıda gözəllik salonundan və aptekdən oğurluq edən şəxs saxlanılıb
# 17 iyul 2019 11:55 (UTC +04:00)

Bakıda gözəllik salonundan və aptekdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 25-də və 28-də rayon ərazisindəki gözəllik salonundan televizor və aptekdən noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bağırov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR