Bakıda hamilə bacısını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB - FOTO

Bakıda hamilə bacısını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB  - FOTO
# 20 yanvar 2023 00:04 (UTC +04:00)

Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

3 saylı xəstəxanın növbətçi həkiminin APA-ya verdiyi məlumata görə, qardaşı tərəfindən bıçaqlanan Yasəmən Qasımovaya ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.

Onun cərrahi əməliyyayı hələlik davam etdirilir.

Vəziyyəti olduqca ağır qiymətləndirilir.

***

19.01.2023

Saat 23:24

Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb.

Daha sonra o kürək nahiyyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda o, cərrahi əməliyyat edilir.

Qeyd edək ki, Y.Qasımova hamilədir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR