Bakıda hesaba görə obyekt sahibi ilə müştəri arasında dava olub - FOTO

Bakıda hesaba görə obyekt sahibi ilə müştəri arasında dava olub - FOTO
# 09 noyabr 2022 04:12 (UTC +04:00)

Binəqədi rayonunda kütləvi dava olub və iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Xırdalan-Binəqədi şossesində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, “TikTok” kafesində müştərilər hesaba görə iaşə obyektinin sahibi ilə mübahisə edib.

Hadisə əlbəyaxa dava ilə yekunlaşıb.

Nəticədə Cavid Hüseynov və Fərid Məmmədov baş nahiyyəsindən küt alətlə xəsarətlər alıblar.

Yaralılar aldığı xəsarətlərdən xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, hadisə xuliqanlıq zəminində baş verib.

Faktı Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR