Bakıda hipermarketdə atışma olub, ölən və yaralılar var - YENİLƏNİB

Bakıda hipermarketdə atışma olub, ölən və yaralılar var - YENİLƏNİB
# 04 mart 2023 13:03 (UTC +04:00)

İlkin məlumata görə, Əhmədlidəki hipermarketdə inkassator maşınına hücum olub.

APA xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

***

TƏBİB-dən APA- ya verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Atışma törədən şəxslərdən bir hazırda hadisə yerində olduğuna görə, onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Supermarket polis əməkdaşları tərəfindən mühasirəyə alınıb, əraziyə kənar şəxslər buraxılmır.

***

Silahlı atışma zamanı inkasatorun sürücüsü silahla öldürülüb, maşında olan pul isə götürülüb. Bir nəfər isə xəsarət alıb. Hadisəni törədənlərdən bir nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

12.46

Bakıda atışma olub.

APA xəbər verir ki, hadisə Xətai rayonundakı hipermarketdə qeydə alınıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR