Bakıda hosteldə əcnəbi vətəndaşın 6 min dolları oğurlanıb

Bakıda hosteldə əcnəbi vətəndaşın 6 min dolları oğurlanıb
# 03 iyun 2022 10:39 (UTC +04:00)

Bakıda hosteldə oğurluq olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaşın çantasından 6.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş O.Abdullayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR