Bakıda icra məmuru qadını döyüb - YENİLƏNİB

Bakıda icra məmuru qadını döyüb - YENİLƏNİB
# 19 may 2022 10:55 (UTC +04:00)

Vəkillər Kollegiyası Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib.

APA xəbər verir ki, Vəkillər Kollegiyasından bildirilib ki, yayılan məlumatda adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.

***

18 may, 23:00

Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.

APA xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

Bildirilib ki, vəkil Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələ ilə bağlı polisə müraciət daxil olub: "Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR