Bakıda idarəetmədən çıxan avtomobil betona, sonra işıq dirəyinə çırpılıb - FOTO

Bakıda idarəetmədən çıxan avtomobil betona, sonra işıq dirəyinə çırpılıb - FOTO
# 30 yanvar 2023 06:16 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, Şamaxinka kimi tanınan ərazidə “Toyota” markalı avtomobilin sürücüsü Ramin Məmmədov qəfil sükana nəzarəti itirib.

Nəticədə “Toyota” körpünün beton yolayrıcına, daha sonra işıq dirəyinə dəyərək aşıb.

Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polislər cəlb edilib.

Sürücü R.Məmmədov izahat verib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR