Bakıda idarəetmədən çıxan avtomobil səkiyə çırpılıb, 2 nəfər yaralanıb

Bakıda idarəetmədən çıxan avtomobil səkiyə çırpılıb, 2 nəfər yaralanıb
# 10 oktyabr 2019 21:34 (UTC +04:00)

Nizami rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş verib.

1952-ci təvəllüdlü Yolçuyev Nizami Nüsrət oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb.

Hadisə zamanı N.Yolçuyev və onun həyat yoldaşı, 1953-cü il təvəllüdlü Yolçuyeva Nüşabə Qafar qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. N.Yolçuyevə döş qəfəsinin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR