Bakıda idarəetmədən çıxan maşın ağac və qaz dirəyini qoparıb - FOTO

Bakıda idarəetmədən çıxan maşın ağac və qaz dirəyini qoparıb - FOTO
# 31 yanvar 2023 03:00 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində qeydə alınıb.

"Kia" və "Honda" markalı avtomobillər toqquşub. İdarəetmədən çıxan "Kia" markalı avtomobil yol kənarındakı ağac və qaz xəttini saxlayan dirəyə çırpılıb. Nəticədə yol təsərrüfatına zərər dəyib, ağac və dirək yerindən qopub. Bir nəfər yüngül xəsarət alıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobillər ərazidən götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR