Bakıda iki avtomobil toqquşub, 3 nəfər ölüb

Bakıda iki avtomobil toqquşub, 3 nəfər ölüb
# 19 yanvar 2022 14:11 (UTC +04:00)

Bakının Binəqədi rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

DİN-dən APA-ya verilən məlumata görə, yanvarın 18-də saat 7 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri F.Əsədovun idarə etdiyi “Hyundai” və Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub.

Nəticədə E.Eyvazov və sərnişinləri Xanəhməd Əlibəyov və Zaur Həsənov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş digər bir sərnişinin vəziyyəti qənaətbəxşdir.

Binəqədi RPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR