Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Clock-gray 10:11
  • calendar-gray 11 Sentyabr 2019

Bakıda iki avtomobil toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Tingiz Dəmirçiyevin idarə etdiyi "Toyata Rav4" markalı avtomobillə, Abşeron rayon sakini Saleh Ağayevin idarə etdiyi "Mercedes ML" markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və "Mercedes ML" markalı avtomobildə sərnişin olan  Tamerlan Səfərov ağır xəsarət alıb.

Hər 3 yaralı  xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date