Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
# 15 oktyabr 2019 20:59 (UTC +04:00)

Bakının Səbail rayonunda 2 avtomobilin toqquşması zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Su İdmanı Sarayının yaxınlığında baş verib. Belə ki, minik avtomobili əks istiqamətdə hərəkətdə olan "Hyundai" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Hyundai"da olan sərnişin - 2000-ci il təvəllüdlü Qasımova Əfsanə Məmməd qızı xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR