Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var  - FOTO
# 14 noyabr 2022 02:45 (UTC +04:00)

Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, qəza Abbasqulu ağa Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

“Hyundai” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirərək eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı maşına çırpılıb. Qəza nəticəsində “Hyundai”ın sərnişini xəsarət alıb. Avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR