Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 02 yanvar 2023 04:35 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Neftçilər prospektində qeydə alınıb.

“Seat” markalı nəqliyyat vasitəsinin sürücüsü prospektlə hərəkətdə olan zaman eyni istiqamətdə olan “Honda” markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən “Seat” əks istiqamətə çevrilib.

“Honda” markalı maşında olan bir nəfər xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Sürücülərin izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR