Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 06 yanvar 2023 02:19 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, qəza Zabrat şossesində qeydə alınıb.

Belə ki, “VAZ 21012” markalı avtomobili idarə edən şəxs Balaxanı qəsəbəsi istiqamətində olan yola dönmək istəyib.

Əks istiqamətdə olan “AzSamand”ın sürücüsü idarəetməni itirib.

Bu zaman yol qəzası baş verib.

Qəza zamanı “AzSamand” markalı avtomobildə olan sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR