Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 09 dekabr 2022 04:41 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin köməkçi yolunun kəsişməsində baş verib.

Belə ki, “Changan” markalı avtomobilin sürücüsü maşınını kəsişmədə olan “VAZ 21015” markalı nəqliyyat vasitəsinə çırpıb.

Zərbə gücündən idarəetmədən çıxan “Changan” səkiyə dəyərək dayanıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü ağır xəsarət alıb.

Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Şahidlər dindirilib.

İş üzrə hüquqi qiymət ərazidə olan təhlükəsiz şəhər kamerasının lentə aldığı görüntülərə baxıldıqdan sonra veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR