Bakıda iki aylıq körpənin ölümü ilə bağlı cinayət işi başlanıb

Bakıda iki aylıq körpənin ölümü ilə bağlı cinayət işi başlanıb
# 19 avqust 2019 11:37 (UTC +04:00)

Bakıda uşaq ölümü baş verib.

APA-nın məlumatına görə, Banqladeş vətəndaşı, 1996-cı il təvəllüdlü Khan Sazzadur Rashid Shakil və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Səriyyə Rzayeva iki aylıq körpələri Zara Sazzadur Shakil qızını qulaq ağrısı ilə Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasına aparıblar.

Uşağa tibbi yardım göstərilsə də körpə bir neçə saat sonra dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR