Bakıda iki maşın toqquşub, ölən və xəsarət alanlar var

Bakıda iki maşın toqquşub, ölən və xəsarət alanlar var
# 04 fevral 2023 10:07 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Bakı sakini 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızının idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkətdə olan 1990-cı il təvəllüdlü, Bakı şəhər sakini Qurbanov Səid Elmar oğlunun idarə etdiyi avtomobillə toqquşub.

Nəticədə Səid Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri - 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə Sabunçu tibb mərkəzinə daxil olub.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR