Bakıda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO
# 04 iyun 2023 01:40 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində qeydə alınıb.

Möhsün Sənani küçəsində hərəkətdə olan “Ford” markalı maşının sürücüsü kəsişmədəki yol nişanını görməyib. Nəticədə onun avtomobili əsas yolda, yəni Mirəli Qaşqay küçəsində olan “Hyundai” markalı maşına çırpılıb. İdarəetmədən çıxan “Hyundai” binaya çırpılaraq dayanıb.

Qəza nəticəsində “Ford”un sürücüsü və “Hyundai”ın qadın sərnişini müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə şahidi Şirxan Adıgözəlov APA ya bildirib ki, yol nişanının qarşısını ağac və yük avtomobili kəsib. Məhz buna görə də yol nişanı görünməz vəziyyətə düşüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR