Bakıda iki qadını avtomobil vurub

Bakıda iki qadını avtomobil vurub
# 12 oktyabr 2019 21:47 (UTC +04:00)

Nərimanov rayonunda piyadaları avtomobil vurub.

APA xəbər verir ki, 1951-ci il təvəllüdlü Axundova Tamara Məmmədhüseyn qızı Ayna Sultanova heykəlinin yaxınlığında yolu keçmək istəyərkən onu avtomobil vurub.

Digər hadisə isə Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində baş verib.

Belə ki, piyada üçün müəyyən edilməmiş hissədən keçən 1975-ci il təvəllüdlü İbrahimova Könül İsa qızını avtomobil vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR