Bakıda iki "Toyota Prius" toqquşub, 1 ölü, 4 yaralı var

Bakıda iki "Toyota Prius" toqquşub, 1 ölü, 4 yaralı var
# 20 iyul 2022 09:29 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi-Balaxanı yolunda, 4 yol adlanan ərazidə qeydə alınıb.

Rüstəm Qəmbərovun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Rüfət Hüseynovun idarə etdiyi eyni markalı avtomobil toqquşub.

Nəticədə, sərnişin Rüfət Hüseynovun atası Əlihüseyn Hüseynov hadisə yerində ölüb, digər sürücü və daha 3 sərnişin xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR