Bakıda iki yolda qəza olub, sıxlıq yaranıb - FOTO

Bakıda iki yolda qəza olub, sıxlıq yaranıb - FOTO
# 21 sentyabr 2023 11:14 (UTC +04:00)

Bakıda baş verən yol qəzaları sıxlıq yaradıb.

APA xəbər verir ki, bu barədə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə metronun “ 20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Digər bir yol-nəqliyyat hadisəsi Rəşid Behbudov küçəsi Mərkəzi Bankın qarşısında qeyd alınıb. Hazırda bu yolda da sıxlıq var. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR