Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO - VİDEO

Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəzaya uğrayıb, xəsarət alan var  - FOTO  - VİDEO
# 25 aprel 2022 21:24 (UTC +04:00)

Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində kənar yolda baş verib.

Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib.

Bu zaman Atatürk prospektində gələn “Mercedes” markalı maşın “Hyundai”-a çırpılıb.

“Hyundai” zərbənin gücündən yol kənarında səkiyə çırpılıb.

Qəza nəticəsində həmin avtomobildə olan bir nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR