Bakıda kafeyə bıçaqla hücum edilib

Bakıda kafeyə bıçaqla hücum edilib
# 29 mart 2023 09:26 (UTC +04:00)

Bakıda kafeyə bıçaqla hücum edilib.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesində qeydə alınıb.

Müştəri qismində kafeyə daxil olan iki nəfər naməlum şəxs inzibatçı Səxavət Məmmədovun üzərinə bıçaq çəkərək pul tələb edib və kassada olan 40 manatı götürərək ərazidən uzaqlaşıblar.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Ricat Cəfərov və 1996-cı il təvəllüdlü Turan Alıyev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR