Bakıda keçmiş məhkumda saxta pul aşkarlanıb

Bakıda keçmiş məhkumda saxta pul aşkarlanıb
# 09 dekabr 2022 11:32 (UTC +04:00)

Bakıda keçmiş məhkumda saxta pul aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, paytaxtın Nizami rayonu ərazisində polis əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məftun Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, həmçinin 5 ədəd 100 manatlıq və 4 ədəd 20 manatlıq saxta əskinaslar aşkar olunaraq götürülüb.
24-cü Polis Şöbəsində aparılan araşdırmalarla onun dekabrın 6-da mağazaların birində satıcıya 1 ədəd 100 manatlıq saxta əskinas verməsi də müəyyən olunub.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR