Bakıda kişi keçmiş arvadını bıçaqlayıb

Bakıda kişi keçmiş arvadını bıçaqlayıb
# 02 fevral 2023 16:43 (UTC +04:00)

Fevralın 2-də saat 09 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində olan mənzillərin birində 1975-ci il təvəlüdlü qadına kəsici-deşici alətlə ağır bədən xəsarəti yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törədərək hadisə yerindən qaçan şübhəli şəxs – qadının keçmiş həyat yoldaşı 1972-ci il təvəllüdlü Rövşən Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR