Bakıda kişini avtomobil vuraraq komaya salıb

Bakıda kişini avtomobil vuraraq komaya salıb
# 12 may 2022 04:23 (UTC +04:00)

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Xankişiyev İntiqam Vaqif oğlu yolu keçərkən onu “Mercedes” markalı minik maşını vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlər piyadanın xəstəxanaya daxil olarkən vəziyyətinin ağır olduğunu bildirib.

Hazırda yaralı komatoz vəziyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR