Bakıda klinikada oğurluq edən şəxs tutulub

Bakıda klinikada oğurluq edən şəxs tutulub
# 28 yanvar 2022 11:09 (UTC +04:00)

Bakıda klinikada oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rayon ərazisindəki klinikaların birində orada işləyən qadının içərisində 750 manat olan pulqabısının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər saklini B.Rüstəmov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR