Bakıda küçədə ürəyindən bıçaqlanmış vəziyyətdə gənc oğlan aşkar edilib

Bakıda küçədə ürəyindən bıçaqlanmış vəziyyətdə gənc oğlan aşkar edilib
# 19 iyul 2022 01:47 (UTC +04:00)

Bakının Nəsimi rayonunda küçədə bıçaqlanmış vəziyyətdə gənc oğlan tapılıb.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.

Belə ki, metronun "28 May" stansiyasının yaxınlığında ürək və bədəninə ümumilikdə 9 bıçaq zərbəsi vurulmuş şəxs tapılıb.

Ordan keçən sürücülərdən biri yaralını avtomobillə 1 nömrəli xəstəxanaya yerləşdirib.

Bıçaqlanmış şəxs cərrahi əməliyyat edilir.

Həkimlər onun vəziyyətinin olduqca ağır olduğunu bildirir.

Yaralının adının Məhəmməd olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR