Bakıda kütləvi dava zamanı biri qadın olmaqla 3 nəfər xəsarət alıb

Bakıda kütləvi dava zamanı biri qadın olmaqla 3 nəfər xəsarət alıb
  • Clock-gray 20:41
  • calendar-gray 17 Oktyabr 2019

Bakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.

Belə ki, 3 nəfər naməlum şəxs xuliqanlıq zəminində paytaxt sakinləri - 1976-cı il təvəllüdlü İmaməliyeva Tahirə Məmməd qızı, 2000-ci il təvəllüdlü Ələkbərov Asim Vasif oğlu və 2000-ci il təvəllüdlü Cahangirov Mövlud Əhməd oğlunu döyüb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən ilkin istintaq araşdırmaları aparılır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date