Bakıda "Land-Rover"lə “KamAZ” toqquşub, ölən var

Bakıda "Land-Rover"lə “KamAZ” toqquşub, ölən var
# 07 iyun 2022 09:58 (UTC +04:00)

Bakıda "Land-Rover" və “KamAZ” toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 6-da saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V. Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V. Eyvazov ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR