Bakıda marketdə satıcılara bıçaqla hücum edilib

Bakıda marketdə satıcılara bıçaqla hücum edilib
# 24 noyabr 2022 11:39 (UTC +04:00)

Bakıda mağazaya bıçaqla hücum edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə noyabrın 23-də saat 7 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxsin oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş Ramin Mirzəyev müəyyən edilərək saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR