Bakıda marketdən 11 min manat oğurlanıb

Bakıda marketdən 11 min manat oğurlanıb
# 19 aprel 2022 14:21 (UTC +04:00)

Bakıda marketdən xeyli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə aprelin 14-də Cavadxan küçəsindəki marketlərdən birinin dolabından 11.000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Hacızadə müəyyən edilərək saxlanılıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR