Bakıda maşın divara çırpılaraq avtomobillərin üzərinə düşüb - FOTO

Bakıda maşın divara çırpılaraq avtomobillərin üzərinə düşüb - FOTO
# 31 may 2023 05:35 (UTC +04:00)

Bakının Yasamal rayonunda ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə İsmayıl Bəy Qutqaşınlı küçəsində qeydə alınıb.

“Toyota” markalı maşının sürücüsü yüksək sürətlə hərəkətdə olarkən sükana nəzarəti itirib. Avtomobil divara çırpılaraq binanın həyətindəki avtodayanacağa düşüb. Avtomobil dayanacaqda olan “Toyota”, “Mazda”, “Jaguar” markalı maşınların üzərinə düşdüyü üçün dayanacaqda olan üç maşın yararsız hala düşüb. Qəza nəticəsində “Toyota” markalı maşının sürücüsü xəsarət alıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR