Bakıda məktəbin damında yaranan təhlükəli vəziyyət aradan qaldırılıb

Bakıda məktəbin damında yaranan təhlükəli vəziyyət aradan qaldırılıb
# 21 aprel 2022 13:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda üçmərtəbəli orta məktəb binasının damında metal vərəqənin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR