Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
# 17 noyabr 2022 17:29 (UTC +04:00)

Bakıda mənzildə meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR