Bakıda mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi açıqlanıb

Bakıda mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi açıqlanıb
# 13 yanvar 2023 18:38 (UTC +04:00)

Yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

Qeyd edək ki, yanvarın 5-də Nərimanov rayonu ərazisindəki yaşayış binasında mənzildə 4 nəfərin meyiti aşkar olunub.

Araşdırma zamanı meyiti tapılan şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR