Bakıda mənzildə yanğın olub, bir nəfər xəsarət alıb

Bakıda mənzildə yanğın olub, bir nəfər xəsarət alıb
# 23 noyabr 2019 03:26 (UTC +04:00)

Bakıda mənzildə baş vermiş yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

APA FHN-in saytına istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Hadisə zamanı ümumi sahəsi 90 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 10 m² sahədə yanıb. Yanğın nəticəsində 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR