Bakıda mənzildən 23 min manatlıq oğurluq edən şəxs tutulub

Bakıda mənzildən 23 min manatlıq oğurluq edən şəxs tutulub
# 22 iyul 2022 10:50 (UTC +04:00)

Bakıda mənzildən 23 min manatlıq oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbəsindəki evlərin birindən 4900 manat pul, 15.100 manat dəyərində noutbuk, geyim və məişət əşyaları, digər evdən isə 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini S.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR