Bakıda mənzildən 3 min manatlıq oğurluq olub

Bakıda mənzildən 3 min manatlıq oğurluq olub
# 26 noyabr 2022 12:37 (UTC +04:00)

Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, paytaxtın Binə qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini Azər Rəhimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR