Bakıda mənzildən 62 min dollar oğurlanıb

Bakıda mənzildən 62 min dollar oğurlanıb
# 23 may 2022 10:53 (UTC +04:00)

Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR