Bakıda mənzilə qumbara və qərənfil qoyub, hədə-qorxu gələn şəxs tutulub

Bakıda mənzilə qumbara və qərənfil qoyub, hədə-qorxu gələn şəxs tutulub
# 18 noyabr 2022 11:00 (UTC +04:00)

Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat xidmətindən APA-ya bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR