Bakıda minik avtomobili yük maşınına çırpılıb, ölən və yaralanan var - FOTO - VİDEO

Bakıda minik avtomobili yük maşınına çırpılıb, ölən və yaralanan var - FOTO - VİDEO
  • Clock-gray 00:25
  • calendar-gray 19 İyul 2019

 

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb və bir nəfər yaralanıb.

APA xəbər verir ki, hadisə Sahil qəsəbəsində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu idarə etdiyi 27-BH-978 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil ilə yol hərəkəti qaydasını pozaraq sağ zolaqda hərəkət edən “KaMAZ” markalı nəqliyyat vasitəsinin arxasına çırpılıb. 

Nəticədə sürücü Q.Ağamalıyev ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. “VAZ 2107”-də olan sərnişin Cəfərov Lətif Razı oğlu isə avtomobildə sıxılaraq ölüb.

Onun meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb. 
 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date